Qarşıdakı 4 ildə Azərbaycanda mənzil tikintisi 250 mln. manatlıq əlavə dəyər yaradacaq

Qarşıdakı 4 ildə Azərbaycanda mənzil tikintisi 250 mln. manatlıq əlavə dəyər yaradacaq Bunun üçün 900 mln. manat investisiya qoyuluşu tələb edir
İnfrastruktur
26 Dekabr , 2016 17:04
Qarşıdakı 4 ildə Azərbaycanda mənzil tikintisi 250 mln. manatlıq əlavə dəyər yaradacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ “2020-ci ilə qədərki dövr üçün müəyyən edilmiş hədəflərin reallaşdırılmması nəticəsində Azərbaycanda mənzil tikintisi hesabına real ümumi daxili məhsulun (ÜDM) birbaşa yolla 168 mln. manata qədər, dolayı yolla isə 81 mln. manata qədər artacağı proqnozlaşdırılır”. 

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında uyğunqiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir. 

Proqnozlara görə, yaxın 4 il ərzində tikinti sektorunda 10 minə yaxın yeni iş yeri yaradılacaq. Bunun üçün dövlət–özəl resursları hesabına 900 mln. manat həcmində investisiya qoyuluşu tələb edilir. 

Xatırladaq ki, 2016-cı ilin 11 ayının göstəricilərinə əsasən Azərbaycanda mənzil tikintisi üzrə ÜDM 54,4 mln. manat təşkil edib. 6 prioritet üzrə tədbirlərin icra edilməsi nəticəsində 2020-ci ilə qədər bu rəqəmin 250 mln. manata qədərə artacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi