Qarlı hava şəraiti Bakıdan regionlara avtobus reyslərinə təsir etməyib

Qarlı hava şəraiti Bakıdan regionlara avtobus reyslərinə təsir etməyib Avtobuslar normal qaydada işləyirlər
İnfrastruktur
8 Dekabr , 2016 16:38
Qarlı hava şəraiti Bakıdan regionlara avtobus reyslərinə təsir etməyib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzalı Kompleksi (BBAK) Azərbaycanda müşahidə edilən qarlı hava şəraitində bölgələrə sərnişinlərin çatdırılmasını normal qaydada yerinə yetirir. 

Bunu "Report"a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, ən çox qar müşahidə edilən Quba-Qusar bölgəsinə də sərnişin avtobusları işləyir: "Hava şəraiti ilə əlaqədar bu gün heç bir avtobus reysi təxirə salınmayıb. Bu gün digər günlərlə müqayisədə sərnişinlərin sayında artım müşahidə edilməyib, avtobus reysləri qrafik üzrə yerinə yetirilib. Ən son reys nəzərdə tutulduğu kimi, saat 18:00-da reallaşdırılacaq".

Onun sözlərinə görə, təhlükəsiz tədbirləri çərçivəsində avtobus sürücüləri təlimatlandırılıblar.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar təhlükəsizlik nəzərə alınaraq BBAK-dan ölkənin şimal-qərb hissəsinə yerinə yetirilən avtobus reyslərinin marşrutuna dəyişiklik edilib. Avtobuslar Ağsu aşırımından keçmir. Nəqliyyat vasitələri Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir hissəsi ilə hərəkət edir.  

Son xəbərlər

Orphus sistemi