Yuxarı
    Bağlamaq

    Qarlı hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

    Hava Limanı: Təyyarələrin yola salınması və qəbulu adi qaydada davam etdirilir

    Bakı. 16 dekabr. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik yaratmayıb.

    Hava Limanından “Report”a bildirilib ki, hazırda təyyarələrin yola salınması və qəbulu adi qaydada həyata keçirilir: “Bu gün aviauçuşlar tərtib olunan qrafikə uyğun davam etdirilir. Dünən və bu gün, indiyə qədər nəzərdə tutulan heç bir reys təxirə salınmayıb və uçuşların həyata keçirilməsində problem yaranmayıb”.

    Qeyd edək ki, bu gün Abşeron yarımadasında havanın temperaturunun gündüz 1-4 dərəcə, Bakıda 1-3 dərəcə isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi