Yuxarı
    Bağlamaq

    Qarlı hava Bakıda avtobusların hərəkətində ləngimələrə səbəb olub

    Paytaxtın bir çox yollarında tıxac yaranıb

    Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda müşahidə edilən intensiv qarlı hava şəraiti ictimai nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub. 

    "Report" xəbər verir ki, "BakuBus" MMC-nin "Əhmədli" metro stansiyasından Səməd Vurğun bağına kimi hərəkət edən 21 saylı marşrut xəttində də geçikmə müşahidə edilir.

    Şirkətin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev "Report"a bildirib ki, hava şəraiti ilə bağlı yolda yaranan tıxac və hərəkətin dayanması səhər saatlarında 21 saylı marşrut avtobuslarının intervallarında ləngimələrə səbəb olub.

    "İntervallarda baş verən ləngimələr bizdən asılı olmayan səbəblərlə bağlıdır", - deyə M.Piriyev əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi