Qarlı hava Bakı aeroportunun işinə təsir etməyib

Qarlı hava Bakı aeroportunun işinə təsir etməyib Təyyarələrin hərəkət qrafikində heç bir dəyişiklik edilməyib
İnfrastruktur
8 Dekabr , 2016 12:43
Qarlı hava Bakı aeroportunun işinə təsir etməyib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı şəhəri və Abşeron yarımadasında müşahidə edilən qarlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Aeroportdan "Report"a verilən məlumata görə, təyyarələrin hərəkət qrafikində hava şəraiti ilə əlaqədar heç bir dəyişiklik edilməyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakı və Abşeronda bu gün bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı barədə məlumat verib.

Paytaxt və yarımadada şimal-qərb küləyi 15-20 metr/saniyə, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcək. Xəbərdarlığa görə, dekabrın 8-də Bakı və Abşeronda güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu -3-0 dərəcə şaxta təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi