Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb

Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb Bakı. 16 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
İnfrastruktur
16 Avqust , 2018 18:20
Qaradağda yol tikintisinə 11,6 milyon manat ayrılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi