Yuxarı

Qara Qarayev prospekti bağlanır

Yolda hərəkət qismən məhdudlaşdırılır

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətli tam olaraq məhdudlaşdırılır. Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda deyilir. 

Ərazidə hərəkətin məhdudlaşdırması Q.Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti - R.Rüstəmov küçəsindən "Qara Qarayev" metro stansiyası yerləşən əraziyə doğru hərəkət istiqamətində hər hansı bir məhdudiyyət tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi