Yuxarı
    Bağlamaq

    Qara Qarayev prospektinin bir hissəsi açılır, digər hissəsi isə bağlanır

    Həmin müddət ərzində sürücülərə alternativ yollar təklif edilir

    Bakı. 4 iyun. REPORT.AZ/ Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar yolun bağlanan hissəsində hərəkət bərpa olunacaq. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərə görə, aparılan təmir işləri ilə əlaqədar iyulun 4-dən 5-nə keçən gecə prospektin Şirin Mirzəyev küçəsindən ("Qara Qarayev" metro stansiyası) Rüstəm Rüstəmov küçəsinə qədər ("Neftçilər" metro stansiyası) olan hissəsində təmirdən sonra avtonəqliyyat vasitələri yenidən hərəkət edəcək. 

    Bundan başqa, əks istiqamətdə - R.Rüstəmov küçəsindən Ş.Mirzəyev küçəsinə qədər olan hissədə isə təmir işləri ilə əlaqədar hərəkətə qısamüddətli məhdudiyyət tətbiq olunacaq.

    Sürücülərə təmir işləri aparılan müddət ərzində alternativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi