Qala-Pirallahı avtomobil yolunda piyada keçidi inşa olunur

Qala-Pirallahı avtomobil yolunda piyada keçidi inşa olunur Keçidin tam uzunluğu 75 metrdir
İnfrastruktur
17 Aprel , 2017 16:12
Qala-Pirallahı avtomobil yolunda piyada keçidi inşa olunur
azeravtoyol.gov.az

Bakı. 17 aprel. REPORT.AZ/ Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-də yerüstü piyada keçidinin inşası aparılır. 

"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, hazırda keçiddə montaj və qaynaq işləri görülür. Buna paralel olaraq inşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi işləri də aparılır.

Bir aşırımlı metal konstruksiyalı yerüstü piyada keçidinin magistral yol üzərindəki hissəsinin ümumi uzunluğu 45 m, iki ədəd giriş-çıxışlarında pilləkənlərinin hər birinin uzunluğu 15 metr, keçidin tam uzunluğu 75 metrdir. Piyada keçidinin hərəkət hissəsinin eni 3,5 m, yol səthindən olan hündürlüyü isə 5,5 m təşkil edir. Piyada keçidinin üstü açıq pilləkən və yolüstü hərəkət hissəsi metal lövhələrdən ibarət olacaq.2 marşlı pilləkənlərin kənarında fiziki qüsurlu şəxslərin hərəkət etmələri üçün panduslar nəzərdə tutulub. Eyni zamanda piyada keçidinin ətrafında 2 ədəd avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.

"Piyada keçidi elementləri mövcud normalara görə intensivliyi 400 kq/kv.m olan piyada yükü təsirinə hesablanaraq “Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihələndirilib. Aşırım və pilləkan hissəsi metal konstruksiyalı olan piyada keçidinin inşası həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsini, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təmin etmiş olacaq", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi