Prezident Qubada avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayırıb

Prezident Qubada avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayırıb Prezident İlham Əliyev sentyabrın 23-də “Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
İnfrastruktur
23 Sentyabr , 2019 16:41
Prezident Qubada avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 23-də “Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi