​Prezident İsmayıllı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanışlıq

​Prezident İsmayıllı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanışlıq Kompleksdə əsaslı təmir işlərinə 2015-ci ilin martından başlanıb
İnfrastruktur
10 Avqust , 2016 21:27
​Prezident İsmayıllı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanışlıq

Bakı. 10 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 10-da İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

"Report" xəbər verir ki, dövlət başçısına verilən məlumata görə, burada müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışları yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb.

Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb. İkimərtəbəli əsas binada soyunub-geyinmə otaqları, mini futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar da var.

Kompleksdə əsaslı təmir işlərinə dövlət başçısının tapşırıqlarına əsasən, 2015-ci ilin martından başlanıb.

Ərazisi 7,5 hektar olan kompleksin həyətində 936 yerlik süni örtüklü futbol meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik üç kottec, basketbol və voleybol meydançaları inşa olunub.

Kompleksin 510 yerlik əsas idman zalı müasir avadanlıqla təchiz edilib.

Son xəbərlər

Orphus sistemi