​Prezident: "İlin sonuna qədər digər önəmli nəqliyyat dəhlizinin yaradılması istiqamətində vacib addımlar atılacaq"

​Prezident: "İlin sonuna qədər digər önəmli nəqliyyat dəhlizinin yaradılması istiqamətində vacib addımlar atılacaq" "Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır"
İnfrastruktur
27 May , 2016 23:22
​Prezident: İlin sonuna qədər digər önəmli nəqliyyat dəhlizinin yaradılması istiqamətində vacib addımlar atılacaq

Bakı. 27 may. REPORT.AZ/ "Bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi gözlənilir. Bildiyiniz kimi, Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

"Məndə olan məlumata görə, bu yol bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və Azərbaycana çox böyük fayda gətirəcək", - deyə dövlət başçısı əlavə edib.

O bildirib ki, bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması istiqamətində vacib addımlar atılacaq:

"Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını cəlb etməyə hazırdır".

Son xəbərlər

Orphus sistemi