Prezident İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun tikintisinə 3 mln. manat ayırıb

Prezident İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun tikintisinə 3 mln. manat ayırıb Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb
İnfrastruktur
19 Avqust , 2016 18:06
Prezident İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun tikintisinə 3 mln. manat ayırıb

Bakı. 19 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi