Prezident İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib 5 min kubmetr tutumu olan su anbarı tikilib
İnfrastruktur
3 Sentyabr , 2016 12:22
Prezident İlham Əliyev Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.

“Report”un xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb. Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.

Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.

Son xəbərlər

Orphus sistemi