Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb Bakı. 17 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 17-də “Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
İnfrastruktur
17 Avqust , 2018 18:02
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb

Bakı. 17 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 17-də “Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi