Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayırıb

    Cari ilin iyul ayında sel nəticəsində Kiş çayı üzərindəki avtomobil körpüsü uçub

    Bakı. 17 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev avqustun 17-də “Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında” sərəncam imzalayıb.

    "Report"un məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.

    Qeyd edək ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi