Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Heydər bağında yaradılan şəraitlə tanış olub

    Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib

    Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də paytaxtın Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yaradılan şəraitlə tanış olub.

    "Report"un məlumatına görə, dövlət başçısına bildirilib ki, bu istirahət guşəsi 1997-ci ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Ümummilli Lider burada daş palıd da əkib. Heydər bağında həyata keçirilən yenidənqurma tədbirləri zamanı əlavə yaşıllaşdırma işləri görülüb, yeni skamyalar və işıqlandırma sistemi qurulub. Ərazisi 5 hektardan çox olan bağın yenidən qurulmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

    Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi