Prezident İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib - FOTO Dövlət başçısı müəssisə ilə tanış olub
İnfrastruktur
20 Avqust , 2017 10:11
Prezident İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib - FOTO

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev avqustun 20-də “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı müəssisə ilə tanış olub.

Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Qeyd edildi ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Son xəbərlər

Orphus sistemi