Prezident İlham Əliyev “Airbus” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev “Airbus” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb Görüşdə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirilib
İnfrastruktur
13 Mart , 2017 12:48
Prezident İlham Əliyev “Airbus” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirilib. 

Həmçinin kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi