Prezident Binədəki Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub

Prezident Binədəki Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub Küçə yenidənqurmadan sonra istifadəyə verilib
İnfrastruktur
20 Aprel , 2016 13:18
Prezident Binədəki Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar. “Report”un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib. Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib. Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.

Qeyd edək ki, Binə qəsəbəsinin mərkəzindən keçən bu küçə əvvəllər əhalinin və nəqliyyatın gediş-gəlişi üçün olduqca yararsız vəziyyətdə idi. Ensiz küçədə vaxtaşırı tıxaclar yaranır və nəqliyyatın hərəkətində ciddi çətinliklər olurdu. Binə qəsəbəsində iki kilometrdən çox uzunluğu, əvvəllər beş metrə qədər eni olan küçədə əsaslı təmir və yenidənqurma işləri də dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi