​Poroşenko Gürcüstanın baş naziri ilə "İpək yolu"nu müzakirə edib

​Poroşenko Gürcüstanın baş naziri ilə "İpək yolu"nu müzakirə edib Tərəflər iqtisadi əməkdaşlığı aktivləşdirmək qərarına gəliblər
İnfrastruktur
14 Fevral , 2016 18:07
​Poroşenko Gürcüstanın baş naziri ilə İpək yolunu müzakirə edib

Bakı. 14 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Münhendə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq, xüsusilə də, yeni "İpək yolu" marşrutunun inkişafının aktivləşdirilməsi barədə razılığa gəliblər.

Rusiyanın öz ərazisindən Qazaxıstana yük tranzitini qadağan etməsindən sonra Ukrayna Azərbaycandan keçməklə Çinə alternativ tranzit marşrutunu işə salıb. Yanvarın 15-də ilk sınaq qatarı İliçevskdən Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin marşrutu üzrə hərəkət edib. Bu marşrut "İpək Yolu"nun yeni istiqamətidir və Rusiya marşrutuna alternativdir.

Son xəbərlər

Orphus sistemi