Yuxarı

Pirallahının avtomobil yollarının yenidən qurulmasına 3,8 mln. manat ayrılıb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 26 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycanın 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi