Pirallahı körpüsünə qədər olan yol yenidən qurulacaq

Pirallahı körpüsünə qədər olan yol yenidən qurulacaq 30 metr uzunluğunda olan yolun eni 12 metr olacaq
İnfrastruktur
9 Mart , 2016 12:16
Pirallahı körpüsünə qədər olan yol yenidən qurulacaq

Bakı. 9 mart. REPORT.AZ/ Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir. Körpüdə son tamamlanma işləri həyata keçirilir. Artıq işlərin 97%-i icra olunaraq yekunlaşdırılıb. Bu, "Azəryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda deyilir. 

“Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması Layihəsi" üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli şəkildə aparılır.

Layihə çərcivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1 360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 422 m).

Hazırda körpünün dəmir konstruksiyalarının rənglənməsi, temperatur şovlarının quraşdırılması, körpünün alt hissəsinin aşınmasının qarşısını almaq məqsədi ilə xüsusi maddə ilə örtülməsi işləri aparılır.

Eyni zamanda, Pirallahı qəsəbəsinə gedən kommunikasiya (rabitə, elektrik su və kanalizasiya, qaz) xətlərinin köçürülməsi işləri də yerinə yetirilir. Bunun üçün körpünün alt hissəsində, hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiya quraşdırılıb. Kommunikasiya xətlərinin yuxarı qaldırılmasında səbəb körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissəsinin açılacağıdır.

Bundan başqa, Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması da nəzərdə tutulub. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq. Paralel olaraq Pirallahı qəsəbəsinin körpü ilə birləşdirən mövcud avtomobil yolunun asfalt-beton örtüyünün dəyişdirilməsi işləri də yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi