PETLİM terminalı iri konteyner gəmilərinə xidmət göstərməyə başlayıb

PETLİM terminalı iri konteyner gəmilərinə xidmət göstərməyə başlayıb PETLİM Türkiyənin logistika xərcləri və daşımaların müddətini azaldıb
İnfrastruktur
25 Oktyabr , 2017 14:55
PETLİM terminalı iri konteyner gəmilərinə xidmət göstərməyə başlayıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ İzmirdə "APM Terminals" şirkətinin işlətdiyi Petkim Konteyner Terminalı (PETLİM) fəaliyyətə başladığı 2016-cı ilin dekabr ayından etibarən aralarında birbaşa nəhəng konteynerlərin də olduğu 110 gəmiyə xidmət göstərib. 

"Report" "Dünya" qəzetinə istinadən xəbər verir ki, İzmirin Əliağa bölgəsində yerləşən konteyner limanı, nəhəng konteynerlər sayəsində Uzaq Şərq və Şimali Avropaya birbaşa ticarətin başlamasına səbəb olub.

Dünyanın ən nəhəng qaldırıcı kranlarına sahib olan PETLİM 16 min TEU yükdaşıma həcminə sahib olan gəmilərə xidmət göstərmək imkanına malikdir. Ege bölgəsində birbaşa səfərləri qəbul edə bilən tək liman olan PETLİM xüsusilə də Pireney, Malta və Süveyş kanalı limanlarından istifadə etmədən Uzaq Şərq və Şimali Avropaya ticarəti mümkün edir.

Türkiyənin xarici ticarətində logistika xərclərini və müddətini önəmli ölçüdə azaldan PETLİM-də ikinci fazaya investisiyalardan sonra ötürmə gücü həcmi 1,3 mln. TEU-ya çatıb.

Son xəbərlər

Orphus sistemi