Bakı. 13 iyun. REPORT.AZ/ Pekində müşahidə olunan hava şəraitinin pisləşməsi baxmayaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC hələ bu şəhərə planlaşdırılan aviareyslərini ləğv etməyib. Bunu "Report"un sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriliblər: "Hər hansı reysin ləvğ edilməsi barədə məlumat yoxdur".
Beynəlxalq hava limanından deyiblər ki, çərşənbə axşamı saat 19:35 radələrində Bakı-Pekin aviareysinin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Çində davam edən leysan yağışlar səbəbindən Pekin beynəlxalq hava limanında 270-dən çox reys ləvğ edilib.
Belə ki, leysan bazar ertəsi axşam saatlarında Pekinə çatacaq. Bununla əlaqədar olaraq Pekin beynəlxalq hava limanında 276 reys ləvğ edilib. Aeroportun onlayn-tablosuna əsasən, ləvğ edilən reyslərin hamısı demək olar ki, ölkədaxili marşrutlara aiddir.
Xatırladaq ki, Bakı-Pekin-Bakı istiqamətində həftənin II və VII günləri "Boeing-767" tipli təyyarədə uçuşlar yerinə yetirilir.