Yuxarı

"​Pegasus"un Bakıda yeni xidməti fəaliyyətə başlayıb

Aviaşirkət Qəbələ hava limanına getməyi daha da asanlaşdırıb

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti Bakıda avtobus xidmətinə başlayıb. Şirkətdən "Report"a verilən məlumata görə, artıq yeni açılan marşrutla Bakı-Qəbələ və Qəbələ-Bakı istiqamətində hərəkət etmək mümkündür. 

Qeyd edilən istiqamət üçün Bakıda iki dayanacaq "28 May" və "20 Yanvar" metro stansiyaları müəyyən edilib.

Xidmət günləri Bakı-Qəbələ tərəfə çərşənbə, cümə və bazar günləri, Qəbələ-Bakı- istiqamətində isə bazar ertəsi, cümə axşamı və şənbə günləri seçilib.  
"28 May" metro stansiyasından çıxış 21:30, "20 Yanvar" metro stansiyasından çıxış 22:00, habelə "Qəbələ" hava limanından Bakıya çıxış 04:30-da və "Qəbələ" hava limanına çatma vaxtı saat 02:30-da yerinə yetiriləcək. 

Qeyd edək ki, bu istiqamətə qiymət agentliklərdən alınarkən 15 AZN (tək gediş),  19 AZN (gediş-gəliş), onlayn bilet alınarkən isə 19 AZN təşkil edir (tək gediş). 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi