Yuxarı

​Paytaxtın Nizami rayonunda içməli su problemi olacaq

Məhdudiyyət su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədardır

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda içməli su problemi olacaq. “Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar iyunun 22-də gün ərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi