​Paytaxtın Nizami rayonunda içməli su problemi olacaq

​Paytaxtın Nizami rayonunda içməli su problemi olacaq Məhdudiyyət su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədardır
İnfrastruktur
22 İyun , 2016 10:08
​Paytaxtın Nizami rayonunda içməli su problemi olacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda içməli su problemi olacaq. “Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar iyunun 22-də gün ərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi