Bakıda daha 4 yolun təmiri başa çatıb

Bakıda daha 4 yolun təmiri başa çatıb Nərimanov rayonunda Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində təmir işləri aparılıb
İnfrastruktur
5 Avqust , 2016 12:56
Bakıda daha 4 yolun təmiri başa çatıb

Bakı. 5 avqust. REPORT.AZ/ Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC Bakı şəhərinin Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirib.

“Report” ASC-yə istinadən bildirir ki, təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılıb.

Təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib və asfaltlanıb.

Zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənib, küçələr boyu piyada səkiləri bərpa olunub və yeniləri tikilib. Eyni zamanda, yeni səki daşları düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənib.

Təmir olunan A.Heydərov küçəsinin uzunluğu 1 146 metr, eni isə 11,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 14 500 kv.m, səkilərdə isə 5 200 kv.m ərazinin asfaltlanması, 3 300 poqon metr yeni səki daşının düzülməsi, 42 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi və 53 ədəd kanalizasiya quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri aparılıb.

Uzunluğu 746 metr olan V.Mayakovski küçəsinin eni 12,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 9 630 kv.m, səkilərdə isə 4 050 kv.m ərazi asfaltlanıb, 3 200 poqon metr yeni səki daşı düzülüb və 25 ədəd kanalizasiya qapağı dəyişdirilib.

Ə.Orucəliyev küçəsinin uzunluğu 325 metr, eni isə ortalama 11,2 metrdir. Təmir işləri zamanı ümumilikdə 4 700 kv.m ərazi asfaltlanıb, 760 poqon metr yeni səki daşı düzülüb və 16 ədəd kanalizasiya qapağı dəyişdirilib.

Çernyavski küçəsinin uzunluğu isə 950 metr, ortalama eni 14,2 metrdir. Burada həm yolun hərəkət hissəsində, həm də səkilərdə 15 700 kv.m ərazidə asfaltlanması işləri aparılıb, küçə boyu 1 760 poqon metr səki daşı yenilənib, həmçinin 5 ədəd yağış barmaqlığı və 42 ədəd kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə dəyişdirilib.

Avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları çəkilib, yolun üfiqi nişanlaması aparılıb.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində Bakı şəhərinin bütün inzibati rayonları üzrə 30-a yaxın küçə və prospekt təmir edilərək istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi