​Paytaxtın giriş yolu təmir olunur

​Paytaxtın giriş yolu təmir olunur Asfalt-beton örtüyünün deformasiyaya uğramış yerləri bərpa edilir
İnfrastruktur
10 İyul , 2015 17:08
​Paytaxtın giriş yolu təmir olunur

Bakı. 10 iyul. REPORT.AZ/ Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən Su İdman Oyunları Sarayınadək olan hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış yerləri bərpa edilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, daşınır. Daha sonra həmin ərazilər yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanır və asfaltlanma işləri həyata keçirilir. Təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və “Azəryolservis”in nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi