Paytaxtın bəzi prospektlərində sıxlıq yaranıb

Paytaxtın bəzi prospektlərində sıxlıq yaranıb Buna səbəb avtomobillərin çoxluğu və təmir işləridir
İnfrastruktur
18 Fevral , 2015 15:24
Paytaxtın bəzi prospektlərində sıxlıq yaranıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı şəhərinin bir sıra yollarında avtomobil sıxlığı müşahidə olunur. “Report”un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev prospektinin kənar yolunda "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə edilir. Sıxlığa səbəb M.Bağırov körpüsünün altından keçən tunelin təmir olunmasıdır.

Babək prospektindən Günəşli qəsəbəsi istiqamətində də avtomobil çoxluğu səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Analoji vəziyyət İnşaatçılar prospekti (Statistika Komitəsi istiqamətində), Həsən Əliyev küçəsi, Cəfər Cabbarlı küçəsi ("Caspian Plaza" qarşısında), Atatürk prospekti ("Gənclik" dairəsi istiqamətində), Ağa Nemətulla küçəsi (hər iki istiqamətdə) və s. yollarda müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi