“Payız aksiyası”: “Renessans Palace”da premium mənzillərə 15%-dək endirim edilir

“Payız aksiyası”: “Renessans Palace”da premium mənzillərə 15%-dək endirim edilir Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakının ən iri premium yaşayış kompleksi “Renessans Palace”da payız fəslində keçərli olacaq yeni bir aksiyaya başlanıb. Bu, “AS Qrup İnvestment” şirkətinin ilin sonunda yaşayışa təhvil verməyə hazırlaşdığı binalarda son endirim kampaniyası olacaq.
İnfrastruktur
18 Sentyabr , 2018 13:16
“Payız aksiyası”: “Renessans Palace”da premium mənzillərə 15%-dək endirim edilir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakının ən iri premium yaşayış kompleksi “Renessans Palace”da payız fəslində keçərli olacaq yeni bir aksiyaya başlanıb. Bu, “AS Qrup İnvestment” şirkətinin ilin sonunda yaşayışa təhvil verməyə hazırlaşdığı binalarda son endirim kampaniyası olacaq.

“Payız aksiyası”ndan faydalanaraq premium kateqoriyalı mənzil sahibi olmaq istəyənlər 15%-dək endirim fürsətlindən faydalanacaq. Bu isə 36 000 AZN-dək daha az ödəniş etmək imkanı deməkdir.

Kampaniya çərçivəsində “Renessans Palace”da mənzillərin kvadratı 1900 AZN-dən başlayan qiymətlərlə təqdim olunur. Bu isə premium sinif yaşayış kompleksi üçün hazırkı bazar qiymətlərində aşağı sayılır.

“AS Qrup İnvestment” şirkətinin kompleks üçün elan etdiyi fürsətlərdən biri də inşa etdiyi bu binalarda payız fəslində mənzil alan şəxslərin heç bir əlavə faiz hesablanmadan 36 ay müddətinə ödəniş edə bilməsidir.

Şirkətdən əldə olunan məlumata görə “Payız aksiyası” “Renessans Palace”da elan olunacaq ən son endirim kampaniyasıdır. İlin sonunda kompleks yaşayışa təhvil veriləcəyi üçün mənzillərin qiymətində ciddi artım olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi