Özbəkistanın aşağı büdcəli aviaşirkəti olacaq

Özbəkistanın aşağı büdcəli aviaşirkəti olacaq Bakı. 3 mart. REPORT.AZ/ Bu il “Özbəkistan Hava Yolları”na məxsus aşağı büdcəli aviaşirkət fəaliyyətə başlayacaq.
İnfrastruktur
3 Mart , 2018 16:57
Özbəkistanın aşağı büdcəli aviaşirkəti olacaq

Bakı. 3 mart. REPORT.AZ/ Bu il “Özbəkistan Hava Yolları”na məxsus aşağı büdcəli aviaşirkət fəaliyyətə başlayacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, lou-kosterin ilk uçuşu Rusiyaya nəzərdə tutulub.

Daşkənd-Moskva aviareysi üzrə birtərəfli biletin qiymətinin 100 ABŞ dolları olacağı bildirilir. Hazırda isə Özbəkistandan Rusiyaya uçmaq 200 dollara başa gəlir.

Tədricən aviaşirkət Türkiyə və Misirə, eləcə də ölkə daxilində də uçuşlar həyata keçirəcək. “Özbəkistan Hava Yolları” aşağı büdcəli aviaşirkətini yaratmaq üçün bir sıra ölkələrin aviaşirkətlərinin təcrübəsindən istifadə etmək niyyətindədir. Onların arasında Rusiyanın “Aeroflot” şirkəti, eləcə də ötən ilin sentyabrında “Buta Airways” lou-kosterini yaratmış “Azərbaycan Hava Yolları” QSC də var.

Son xəbərlər

Orphus sistemi