Ötən il Bakıda əsas kapitala 11 mlrd. manatdan çox vəsait yönəldilib

Ötən il Bakıda əsas kapitala 11 mlrd. manatdan çox vəsait yönəldilib Bakı. 14 fevral. REPORT.AZ/ 2018-ci il ərzində Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11339,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% az vəsait yönəldilib.
İnfrastruktur
14 Fevral , 2019 11:20
Ötən il Bakıda əsas kapitala 11 mlrd. manatdan çox vəsait yönəldilib

Bakı. 14 fevral. REPORT.AZ/ 2018-ci il ərzində Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11339,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% az vəsait yönəldilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən il paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 69,8%-ini tikinti, yenidənqurma və genişləndirmə, 7,1%-ini əsaslı təmir, 4,3%-ini cari təmir, 18,8%-ini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 82,1%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

2018-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tədris binası, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Binəqədi Rayon Məhkəməsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Gənclər Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən avtomobil yolu, 520 çarpayılıq 2 xəstəxana, 3500 şagird yerlik ümumitəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi