Ötən il Bakı limanında əsas yük terminalında tranzit yüklərin həcmi artıb

Ötən il Bakı limanında əsas yük terminalında tranzit yüklərin həcmi artıb "Hazırda Bakı limanında aşırılan yüklərin 85%-i tranzit yüklərdir"
İnfrastruktur
25 Aprel , 2016 18:21
Ötən il Bakı limanında əsas yük terminalında tranzit yüklərin həcmi artıb

Bakı. 25 aprel. REPORT.AZ/ Ötən il Bakı limanında əsas yük terminalında tranzit yüklərin həcmi artıb və bu, ümumi yük dövriyyəsinin 46%-ni təşkil edib. 2015-ci ildə ümumi liman üzrə 3 mln. tondan çox yük aşırılıb. 2016-cı ildə isə bu rəqəmin 6 mln. çox olacağı gözlənilir. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda təqdimatla çıxışı zamanı Bakı limanının baş direktorunun müşaviri İlham Mehrəliyev bildirib.

Onun sözlərinə görə, hazırda Bakı limanında aşırılan yüklərin 85%-i tranzit yüklərdir: “2015-ci ildə ümumi liman üzrə konteyner sayı TEU (ölçü vahidi) ekvivalentində 13 307 ədəd olub. Bu, 2013-cü illə müqayisədə 118% artım deməkdir. 2015-ci ildə Bakı limanının xidmətlərindən istifadə edənlərin sayı ötən illərə nisbətən 10% artaraq 10 707 nəfər təşkil edib”. 

Təqdimat zamanı İ.Mehrəliyev liman ərazisində şirkətlərin əldə edə biləcəkləri üstünlüklər, limanın yerləşdiyi əlverişli coğrafi mövqe, Azərbaycan üzərindən keçən dəmiryolu, həmçinin bu yaxınlarda Astarada təməli qoyulan dəmiryolu körpüsünün yaradacağı imkanlar barədə də ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi