Yuxarı

​Ötən il 2 minə yaxın vətəndaşa mülkiyyət sənədi verilib

Kərəm Həsənov: 2014-cü il onlayn və ölkə üzrə mobil ofis xidmətlərinin tətbiq edilməsi ilə yadda qalıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 1600 vətəndaşa mülkiyyət sənədi verib. "Report"un Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə 2014-cü ilin yekunlarına həsr edilmiş müşavirədə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Komitənin fəaliyyətində mərkəz xəttin informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqini genişləndirmək, vətəndaşlara daha rahat və çevik xidmətlər təqdim etmək olub.

K.Həsənov deyib ki, 2014-cü il onlayn və ölkə üzrə mobil ofis xidmətlərinin tətbiq edilməsi ilə yadda qalıb: "Ötən il kampaniya çərçivəsində Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ və Şəkidə keçirilib və ümumilikdə 1600-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib".

Komitə sədri çıxışında dövlət başçısının daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısını təsdiqləyən, 13 yanvar 2015-ci il tarixli fərmanına da toxunub. Bildirilib ki, bu fərmanla daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi