Yuxarı

Cavid Qurbanov: "Ötən ay sürət qatarlarında doluluq nisbəti 74% olub"

Ötən ay sürət qatarlarında doluluq nisbəti 74% təşkil edib

“Ötən ay sürət qatarlarında doluluq nisbəti 74% təşkil edib”.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu, yaxşı göstəricidir.

“Nəzərə alın ki, həmin qatarlar 360 yer tutur. Gəncə istiqamətində isə demək olar ki, yer tapılmır. Bakı şəhər ətrafı dəmir yolu infrastrukturu genişlənməlidir. Çünki avtomobillərin sayı artır. Artıq Bakı şəhərində 1,5 mln. avtomobil var. Amma bir qatar 10-15 ədəd avtobusu əvəz edir. Üstəgəl avtobuslardan çıxan zərərli qazlar ekologiyaya mənfi təsir etdiyi halda qatarlar ekoloji təmizdir”, - deyə C.Qurbanov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi