Oktyabrın 18-də Bakıda Xəzər İnşaat Həftəsi başlayacaq

Oktyabrın 18-də Bakıda Xəzər İnşaat Həftəsi başlayacaq Paytaxtda XXIII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək
İnfrastruktur
2 Oktyabr , 2017 12:47
Oktyabrın 18-də Bakıda Xəzər İnşaat Həftəsi başlayacaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-21-də "Baku Expo Center"də Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbiri - XXIII Azərbaycan Beynəlxalq İnşaat (“WorldBuild Baku 2017”) Sərgisi keçiriləcək. Tədbirin əsas təşkilatçısı olan "Iteca Caspian"dan "Report"a daxil olan məlumata görə, bununla da Xəzər İnşaat Həftəsinə start veriləcək.

Bu il sərgidə 23 ölkədən 200-dən artıq şirkət iştirak edəcək. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlarla yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcək.

Bu il ilk dəfə olaraq, Mənzil İnşaatı Dövlət Agentliyi də “WorldBuild Baku 2017” sərgisini rəsmi olaraq dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi