Oğuz Rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub

Oğuz Rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub İnzibati binanın sahəsi 394 kv.metrdir
İnfrastruktur
5 May , 2016 18:27
Oğuz Rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Oğuz Rayon Statistika İdarəsi üçün inşa edilən inzibati bina istifadəyə verilib.

“Report” Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, inzibati bina dövlət başçısının sərəncamı ilə təsdiq edilən “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” çərçivəsində tikilib.

Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, sahəsi 394 kv.metr olan ikimərtəbəli inzibati bina müasir tələblərə cavab verir, kompyuter texnikası, mebel və digər zəruri avadanlıqlarla təchiz edilib.

Son xəbərlər

Orphus sistemi