​Odessa Bakıya birbaşa reysləri bərpa edir

​Odessa Bakıya birbaşa reysləri bərpa edir Uçuşlara yay fəslindən etibarən başlanacaq
İnfrastruktur
23 Mart , 2015 07:00
​Odessa Bakıya birbaşa reysləri bərpa edir

Bakı. 23 mart. REPORT.AZ/ Ukraynanın Odessa şəhəri Bakıya birbaşa təyyarə reyslərini bərpa etməyi planlaşdırır.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Odessa Beynəlxalq Hava Limanından birbaşa həftəlik reyslərin iyunun 13-dən etibarən bərpa edilməsi nəzərdə tutulub.

Odessadan, həmçinin Sankt-Peterburq, Moskva, Vilnüs, Lvov və Xarkova birbaşa uçuşlar da təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi