​Novosibirskdən Azərbaycana yeni aviareyslər açılır

​Novosibirskdən Azərbaycana yeni aviareyslər açılır Rusiyanın Novosibirsk şəhərindən Lənkəran və Gəncə şəhərlərinə də birbaşa uçuşlar yerinə yetiriləcək
İnfrastruktur
13 Fevral , 2015 10:39
​Novosibirskdən Azərbaycana yeni aviareyslər açılır

Bakı. 13 fevral. REPORT.AZ/ Aviaşirkətlərə Novosibirsk şəhərinə (Rusiya) beynəlxalq uçuşların yeni marşrutlarının açılması üçün icazə verilib. Bunların arasında Azərbaycanın Lənkəran və Gəncə şəhərlərinin də adları var.

“Report” "RBK-Novosibirsk"in verdiyi məlumata əsasən bildirir ki, "Rosaviatsiya" beynəlxalq nəqliyyat uçuşları həyata keçirən daşıyıcıların qəbulu üçün idarələrarası komissiya protokolunu qəbul edib.

Belə ki, "Angara" aviaşirkəti Azərbaycana dörd müntəzəm sərnişin uçuşu həyata keçirmək üçün icazə alıb. Belə ki, "An-148-100E" sərnişin təyyarəsi ilə həftədə iki dəfə Bakıya, həmçinin Gəncə və Lənkərana aviareys yerinə yetirəcək. Qeyd edək ki, əvvəllər bu şəhərdən Bakıya reysləri yalnız S7 şirkəti yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi