Yuxarı

​Novosibirsk-Lənkəran aviareysi yayda açılacaq

Hazırda reyslərin icrasına hazırlıq işləri gedir

Bakı. 9 aprel. REPORT.AZ/ Rusiyanın "Anqara" aviaşirkəti yay qrafiki çərçivəsində Novosibirsk və Azərbaycanın Lənkəran şəhərləri arasında müntəzəm aviareyslər təşkil etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks"a şirkət direktorunun satış və marketinq üzrə müavini Konstantin Nesterenko məlumat verib.

"İrkutskdan Yaponiyaya çarter proqramı formalaşdırılır, həmçinin 2015-ci il yay naviqasiyası dövründə Novosibirsk-Lənkəran reyslərinin icrasına hazırlıq gedir", - deyə o bildirib.

Məlumata görə, reyslər 75 nəfərlik tutumu olan "An-148-100" təyyarələri vasitəsi ilə həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi