Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata düzəliş edilib

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata düzəliş edilib Bu barədə qərar Nazirlər Kabineti tərəfindən imzalanıb
İnfrastruktur
28 Dekabr , 2017 00:03
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata düzəliş edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ına düzəliş edilib.

“Report” xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti tərəfindən imzalanıb.

Düzəlişə görə, Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci hissəsinin “ç” yarımbəndində “qeydə alındığı” sözləri “dövlət qeydiyyatına alındığı” sözləri ilə və “əlavə qeydiyyata” sözləri “əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi