Yuxarı

"Nordstar" aviaşirkəti Norilsk-Samara-Bakı reyslərini müvəqqəti dayandırır

​"Nordstar" Norilsk-Samara-Bakı reyslərini müvəqqəti dayandırır

"Nordstar" aviaşirkəti yeni təyyarə tədarükünün gecikməsi ilə əlaqədar yay uçuş proqramında ixtisarlar edib.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, daşıyıcı Norilsk-Samara-Bakı və Norilsk-Ufa-Anapa reyslərini müvəqqəti dayandırır.

Bu reyslərin sərnişinlərinə digər yaxın tarixlərə qeydiyyat aparılması və ya Moskva tranziti ilə uçuşlar təklif olunur.

"Son təyinatdan asılı olmayaraq, hər bir sərnişinə başqa aviadaşıyıcılarda uçuşlar da daxil olmaqla ən rahat variant seçilir. İstənilən dəyişiklik halında daşınma aviaşirkətin hesabına həyata keçirilir və sərnişinlərdən əlavə ödəniş tələb olunmayacaq", - "Nordstar"dan əlavə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi