Yuxarı

Nobel prospektində hərəkət nizamsız xarakter alıb

Ramiz Quliyev küçəsində aparılan təmir işləri nəqliyyat vasitələrinin hərəkətinə maneə törədir

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin avtomobil yollarında nəqliyyatın hərəkətində nisbi sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilir.

Xətai rayonunda, Ramiz Quliyev küçəsində (Nobel prospektinə çıxışda, "Nargilə" kafesinin qarşısında) təmir işləri aparıldığı üçün ərazidə nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Bundan başqa, Bakı-Sumqayıt şosesi və Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısında) sıxlıq müşahidə edilir. 

"Report"un məlumatına görə, dünəndən etibarən Ramiz Quliyev küçəsi ilə Nobel prospektinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti xaotik vəziyyət alıb. Ərazidə təmir işləri aparıldığından avtomobillərin böyük sıxlığı yaranıb, hərəkəti nizamlamaq üçün dövlət yol polis əməkdaşları da əraziyə nəzarət etmirlər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi