​Nobel prospekti sabah axşam açılacaq

​Nobel prospekti sabah axşam açılacaq Prospektin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək 700 metrlik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşır
İnfrastruktur
20 May , 2015 14:27
​Nobel prospekti sabah axşam açılacaq

Bakı. 20 may. REPORT.AZ/ Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşır. Bu barədə "Report"a "Azəryolservis" ASC-dən məlumat verilib.

Məlumata görə, Nobel qardaşları prospektinin iki gündür bağlı olan hissəsində sabah axşamdan etibarən nəqliyyat vasitələrinin hərəkətinin bərpası planlaşdırılır.

Qeyd edək ki, “Azəryolservis” tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunur. Ümumilikdə, 13 min kv. metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1 400 paqon metr səki daşı dəyişdirilib. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib.

Xatırladaq ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1,6 km-lik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Son xəbərlər

Orphus sistemi