Yuxarı

​Nizami rayonunda təmir edilən küçənin bir hissəsi istifadəyə verilib

Küçənin ümumi uzunluğu 3,7 kilometrdir

Bakı. 23 may. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakı şəhərinin Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsində təmir işlərini yekunlaşdırıb. “Report” şirkətə istinadən bildirir ki, sürücülərin ixtiyarına verilən təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişməsində yerləşir.

Həmin hissənin uzunluğu təqribən 1 km-dir (hər istiqamətdə 500 metr). Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir.

Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min poqon metrə yaxın səki daşları yeniləri ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ümumilikdə 20 min kv. metr ərazi ikiqat olmaqla asfaltlanıb. Bundan başqa, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.

Eyni zamanda, avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə yol cizgi və yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

Hazırda küçənin digər hissələrində təmir-tikinti işləri davam etdirilir. Qeyd edək ki, küçənin ümumi uzunluğu 3,7 km-dir (hər tərəf 1,85 km).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi