Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir

Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir Noyabrın 20-də Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün bir sıra işlər görüləcək.
İnfrastruktur
19 Noyabr , 2019 23:22
Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir

Noyabrın 20-də Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün bir sıra işlər görüləcək.

“Azəriqaz”ın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, "Azəristiliktəchizat" ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Bu zaman saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.

Son xəbərlər

Orphus sistemi