Nizami rayonunda əsas küçələrdən birində yol bağlanıb

Nizami rayonunda əsas küçələrdən birində yol bağlanıb Ərazidə hərəkət təmir işləri bitənədək tam olaraq məhdudlaşdırılıb
İnfrastruktur
2 Noyabr , 2015 11:33
Nizami rayonunda əsas küçələrdən birində yol bağlanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı şəhəri Nizami rayonunun Mikayıl Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından həmin küçədə nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək tam olaraq məhdudlaşdırılıb. "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması M.Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan hissəsində aparılacaq. Həmin kəsişmələrdə yerləşən dairələrdə nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir məhdudiyyət olmayacaq.

Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1 375 metr, eni isə 26,5 metrdir. Artıq ərazidə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb, yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Bundan başqa, ərazidə köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də yekunlaşıb. Küçə boyu 1 700 paqon metr yeni səki daşı düzülüb. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səkilər salınıb. Təmir-tikinti işləri çərçivəsində küçənin 36,5 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi