Yuxarı
    Bağlamaq

    Nəsimi küçəsinin bir hissəsi təmir olunub

    Təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, ortalama eni 15 metrdir

    Bakı. 24 iyun. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub. Təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, ortalama eni 15 metrdir. Bu, "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilib. 

    Aparılmış təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 10 min kv. metr ərazinin asfaltlanması işləri aparılıb, 1 250 poqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib.

    Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün şərait yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

    Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

    Bütün işlər qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi